Melanya Tramp: Mən bəzən ərimlə razı olmuram » AzNews.info -Xəbər portalı

Melanya Tramp: Mən bəzən ərimlə razı olmuram

Melanya Tramp: Mən bəzən ərimlə razı olmuram


ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melanya Afrika səfəri zamanı etiraf edib ki, heç də həmişə həyat yoldaşının “Twitter” hesabındakı qeydlərini bəyənmir.

Oxu.Az “Associated Press”ə istinadla xəbər verir ki, o, bəzən Donalddan telefonu kənara qoymasını xahiş etmək məcburiyyətində də qaldığını açıqlayıb.

“Onun “Twitter”də yazdıqları ilə həmişə razı deyiləm, bu barədə də ona deyirəm. Mən səmimi fikirlərimi bildirirəm və ona məsləhətlər verirəm”, - Melanya Tramp deyib.

O əlavə edib ki, həyat yoldaşı heç də həmişə onun məsləhətlərinə qulaq asmır.

“Lakin mən səsə və müstəqil fikrə malikəm. Mənim üçün düşüncələrimi aşkar ifadə etmək olduqca vacibdir”, - Melanya Tramp söyləyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *