Melanya Tramp həyat yoldaşını Putinlə görüşdən “çıxarmaq” istədi
ABŞ-ın birinci xanımı Melanya Trampdan prezident Donald Trampla Rusiya lideri Vladimir Putin arasında uzanan danışıqlara müdaxilə etməyi xahiş ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Hamburqda keçirilən görüşün yekunlarına dair açıqlamasında deyib.
Onun sözlərinə görə, prezidentlər bir çox məsələləri müzakirə ediblər. Danışıqlar zamanı birinci xanım otağa daxil olaraq onları müzakirələri yekunlaşdrmağa çağırıb, lakin bu heç bir nəticə verməyib.
“Prezidentlər dayanmaq istəmirdilər. Danışıqlar otağının qapısının arxasında gözləyənlərin səbri tükənmişdi. Onlar birinci xanımı göndərdilər ki, bəlkə o, həyat yoldaşını otaqdan çıxara bildi. Lakin alınmadı”, - Tillerson bildirib.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentlərinin ilk görüşü iki saat yarım davam edib.
Mənbə:> Oxu.Az