ABŞ-ın pilotsuz təyyarəsi Rusiya sərhədində kəşfiyyat apardı
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RQ-4B Global Hawk”strateji pilotsuz təyyarəsi Rusiya sərhədləri yaxınlığında 11 saat ərzində uçuş həyata keçirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “PlaneRadar” aviasiya resursu məlumat yayıb.
Təyyarənin İtaliyadakı “Sigonella” aviabazasından havaya qalxdığı bildirilir. Bakı vaxtı ilə 9:27 pilotsuz cihaz Ukrayna, bir saat sonra isə - Polşanın hava məkanında uçuş həyata keçirib.
Daha sonra isə bir neçə saat ərzində Amerika təyyarəsi Litva ərazisində olaraq Kalininqrad yaxınlığında kəşfiyyat aparıb.
Mənbə:> Oxu.Az