Rusiya sərhədində ABŞ-ın müəmmalı kəşfiyyat əməliyyatı
ABŞ Hərbi-Hava Qüvvələrinin pilotsuz uçan aparatı (PUA) Rusiyanın qərb sərhədləri yaxınlığında kəşfiyyat xarakterli uçuş edib.
Oxu.Az PlaneRadar-a istinadən xəbər verir ki, RQ-4А Global Hawk NATO-nun İtaliyadakı aviabazasından havaya qalxıb.
Uçuş bir neçə saat davam edib.
Bildirilir ki, PUA Litva hava məkanından Rusiyanın Kalininqrad vilayətinin şimal sərhədini monitorinq edib. Sonra RQ-4А Global Hawk Fin körfəzinə doğru uçub və Estoniya hava məkanından Leninqrad, habelə Pskov vilayətlərinin qərb sərhədlərini izləyib.
Mənbə:> Oxu.Az