Gülnarə Kərimovanın Britaniyadakı mülklərinə həbs qoyulacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Gülnarə Kərimovanın Britaniyadakı mülklərinə həbs qoyulacaq

Gülnarə Kərimovanın Britaniyadakı mülklərinə həbs qoyulacaq


Böyük Britaniya hakimiyyəti Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın ölkə ərazisindəki aktivlərinə həbs qoymaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, söhbət bir sıra aktivlərdən, o cümlədən G.Kərimovaya məxsus daşınmaz əmlakdan gedir.

Bildirilir ki, İ. Kərimovun qızının Britaniyada üç daşınmaz əmlakı var.

Britaniyanın müvafiq strukturları ehtimal edir ki, bu mülklər G. Kərimova və keçmiş əri Rüstəm Madumarovun Özbəkistandakı korrupsiya sövdələşmələrindən əldə etdikləri pulla alınıb.

Öz növbəsində Özbəkistan prokurorluğu Britaniyanın müvafiq orqanları ilə G. Kərimova ilə əlaqəli olan aktivlərin ölkəyə qaytarılması üçün danışıqlar aparır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *