Türkiyə Suriyaya əlavə qoşun göndərdi
Türkiyə Suriyanın İdlib bölgəsinə əlavə hərbi kontingent göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə EFE agentliyinin Suriya müxalifətindəki mənbələrə istinadən yaydığı məlumatda deyilir.
Məqsəd İdlibdəki müşahidə məntəqələrini gücləndirməkdir.
Bildirilir ki, türk hərbçiləri avtomobillərdə İdlibin şimalındakı sərhəd-keçid məntəqələrinin birindən keçiblər.
Hərbçilərdə yalnız atıcı silahlar olub.
Mənbə:> Oxu.Az