Türkiyə Suriya ilə sərhədə tanklar göndərdi
Türkiyə İdlibdəki hərbi fəaliyyətləri nəzərə alaraq, Suriyadakı hərbi varlığını artırır. Sərhədə tanklar və xüsusi təyinatlılar göndərir.
Oxu.Az bununla bağlı “Bloomberg”ə istinadla məlumat yayıb.
Bununla Ankara aktiv hərbi fəaliyyətlər zamanı regiondan miqrant axınının qarşısını ala biləcəyini düşünür. Bundan başqa, Türkiyə hakimiyyətinin fikrincə, sərhədin güclənməsi Suriya prezidenti Bəşər Əsəd və onun tərəfdarlarını dayandırmağa kömək edəcək.
“Rusiya qırıcıları və quru qoşunları İdlibdə türk əsgərləri olduğu müddətdə buraya hücum etməyəcək”, - Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də İdlibdəki silahlıları “uzaq yerlərə” köçürməyi təklif edib. O deyib ki, hazırda Türkiyə sərhədinə regiondan çox sayda miqrant gəlib.
“Onların qaçmağa yeri yoxdur. Ancaq biz 3,5 milyon miqrant qəbul etmişik. Türkiyə bundan artığını qəbul edə bilməyəcək”, - dövlət başçısı bildirib.
O əlavə edib ki, Ankara öz əraziləri üçün risklərin qarşısını almaq üçün Suriyada varlığını davam etdirəcək.
Mənbə:> Oxu.Az