Tehran sammiti: “ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Video

Tehran sammiti: “ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir” – VİDEO

Tehran sammiti: “ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir”

Tehranda Türkiyə lideri Ərdoğan, Rusiya lideri Putin və İran Prezidenti Ruhaninin iştirakı ilə Suriya sammiti başlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, sammitdə çıxış edən İran Prezidenti Həsən Ruhani Suriyanın terrorizmə qarşı müqavimət göstərməyə davam edəcəyini bildirib: “Yaxın Şərqə xarici müdaxilə qəbuledilməzdir. Yaxın Şərq xarici müdaxiləyə görə ağır dəyər ödəyib”.

O, İsrailin Suriya ərazisini tərk etməli olduğunu da bildirib.

Ruhani həmçinin qeyd edib ki, İran Suriyada mövcudluğunu qoruyub saxlayacaq: “ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir. Bu, Suriyada sülhün əldə olunmasına maneə yaradır”.

Rusiya Prezidenti Vladimir Putin İdliblə bağlı bildirib ki, terrorçular orada provokasiyalar hazırlayırlar: “Bu provokasiyalar zamanı kimyəvi silahlardan istifadə edilməsi mümkündür”.

Putin Suriya ərazisinin 95%-nin beynəlxalq terrorizmdən azad edildiyini, 15 min nəfərin artıq öz evinə qayıtdığını söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib ki, Zirvədə qəbul ediləcək qərarları bütün dünya səbirsizliklə gözləyir:

“İdlibə ediləcək hücum böyük bir qətliamla nəticələnəcəkdir. İdlibdə terrorla mübarizə sahəsində fərqli üsullara ehtiyac var. İdlibin qan gölünə çevrilməsini istəmirik”.

Ərdoğan qeyd edib ki, Türkiyə artıq qaçqın qəbul etmək gücündə deyil: “Türkiyə Suriyadan 4,5 milyon miqrant qəbul edib. Biz artıq Suriyadan qaçqın qəbul etmək gücündə deyilik”.

Türkiyə lideri Suriya ordusunun İdlibdəki əməliyyatının humanitar fəlakətə gətirib çıxara biləcəyini vurğulayıb.

"İdlib sadəcə Suriyanın siyasi gələcəyi üçün deyil, milli təhlükəsizliyimiz, bölgənin sülh və tərəqqisi baxımından da həyati önəmə sahibdir. ABŞ-ın bölgədə terror qruplaşmalarını gücləndirməsindən narahatıq. Bu, ABŞ-ın etibarının sınanacağı son fürsətdir.

Rus və iranlı dostlarımıın İdlibdəki təhlükəsizliklə bağlı qayğılarını anlayırıq. Oxşar qayğılar ən azı sizlər qədər bizi də narahat edir. Dostlarımızın bu səylərimizdə bizə dəstək olmasını gözləyirik. Məsələni Astana ruhuna uyğun şəkildə həll etməyi hədəfləməliyik”, - Ərdoğan bildirib.

İran Prezidenti Həsən Ruhani Ərdoğan və Putindən sonra çıxışında deyib: “Biz həm İdlibdə əməliyyat aparmalı, həm də elə etməliyik ki, bölgənin əhalisi zərər çəkməsin”.

O, Fərat çayının şərq sahilinin ABŞ-dan təmizlənməli olduğunu da bildirib.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *