ABŞ türkiyəli hərbçilər üçün təlimə başladı
ABŞ türkiyəli hərbçilər üçün təlimlərə start verib.
Oxu.Az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Cim Mettis bəyan edib.
O bildirib ki, məqsəd Münbic şəhəri ətrafında birgə keşik çəkməkdir.
Güman olunur ki, amerikalı və türk hərbçilər Münbic ətrafında bu aydan keşik çəkməyə başlayacaqlar.
Qeyd edək ki, Münbic məsələsi Vaşinqtonla Ankaranln iyunda razılaşdırdığı “Yol xəritəsi”nin bir hissəsidir. Plana Münbicdən kürd terrorçularının çıxarılması daxildir.
Mənbə:> Oxu.Az