Qarabağ mitinqi başa çatdı – 3 min adam gəldi
Qarabağ Azadlıq Təşkilatının, keçmiş deputat və baş nazir Pənah Hüseynin və digərlərinin təşəbbüsü ilə “Qarabağ” şüarı altında keçirilən mitinq sona çatıb.
"Ölkə.Az"-ın mitinqdə olan əməkdaşının sözlərinə görə, aksiyaya üç minə yaxın insan qatılıb. Sonda aksiyanın növbəti həftələrdə də davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, mitinq icazəli idi və “Məhsul” stadionunda keçirilirdi.
Mənbə:> Ölkə.Az