Sabah Bakıda mitinqdir » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Sabah Bakıda mitinqdir

Sabah Bakıda mitinqdir

Qarabağ Azadlıq Təşkilatı sabah Bakıda mitinq keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti mitinqin “Məhsul” stadionunda keçirilməsinə icazə verib.

Mənbəyə əsasən, mitinqdə əsas şüarlar “Qarabağın azad edilməsi” və “Köçkünlərin doğma yerlərinə qaytarılması” olacaq.

Daha öncə cümə günü mitinq təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət ediliblər və onlara mitinqin keçirildiyi vaxtda istənilən qarşıdurmanın yolverilməz olduğu və belə halların qarşısının polis tərəfindən alınacağı ilə əlaqədar xəbərdarlıq edilib.

Qarabağ Azadlıq Təşkilatının başçısı Akif Nağı jurnalistlərə müsahibəsində deyib ki, mitinqin keçirilməsində əsas məqsəd hakimiyyətin və müxalifətin Qarabağ məsələsində yekdil mövqedən çıxış etməsini göstərməkdir. Onun sözlərinə görə, mitinqdə 10 mindən çox insanın iştirakı gözlənilir. Mitinq saat 15:00-da başlamalı və 17:00-da bitməlidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *