Ərdoğan Merkellə Trampın Rusiya qazına görə mübahisəsindən danışdı
Almaniya kansleri Angela Merkel 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilən NATO sammitində ABŞ prezidenti Donald Trampla Rusiya qazının idxalı ilə bağlı mübahisə edib.
Oxu.Az “Milliyet” nəşrinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, NATO sammitində Tramp iştirakçıları Rusiya qazını aldıqlarına görə danlayıb. ABŞ prezidenti birbaşa Türkiyənin adını çəkməsə də, Türkiyə lideri ona etiraz etmək qərarına gəlib.
“Biz təbii qazın 50 faizini Rusiya, Azərbaycan, İran və Əlcəzairdən alırıq. Bunu etməsək, vətəndaşlarımız qışda donacaq”, - Ərdoğan bildirib.
Bundan sonra, məsələyə Merkel qarışıb.
“Mənə qarşı çıxanda Almaniya kansleri Merkel dedi: “Mən Rusiyadan 38% maye qaz alıram, xalqımı dondura bilmərəm”, - Türkiyə prezidenti əlavə edib.
Mənbə:> Oxu.Az