Yerevanın meri də Putinə qarşı çıxırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Yerevanın meri də Putinə qarşı çıxırdı

Yerevanın meri də Putinə qarşı çıxırdı

Keçən bazar günü Yerevan Ağsaqqallar Şurasına seçkilər başa çatdı.

Virtualaz.org xatırladır ki, seçkilərdə Ermənistanın baş naziri Nikol Paşinyanın dəstəklədiyi "Mənim addımım" bloku qələbə qazandı.

Blokun siyahısına başçılıq etmiş komik Ayk Marutyan Ermənistan paytaxtının meri oldu. Beləliklə, Marutyan baş nazir Nikol Paşinyanın hələ də formalaşmaqda olan komandasında öz yerini tutdu.

Nikol Paşinyanın yeni komandasına ilk günlərdən Ermənistanın əsas müttəfiqi Rusiya tərəfindən böyük suallar yaranıb. Və bu, əbəs yerə deyil. Çünki Nikol Paşinyan əsas dövlət postlarına Rusiyaya açıq nifrət edən Qərbyönlü şəxsləri təyin etdi.

Yerevanın meri də Putinə qarşı çıxırdı

Belələrinə misal olaraq əmək və sosial məsələlər naziri, parlamentə "Yelk" blokunun tərkibində seçilmiş Manya Tandilyanı göstərmək olar. M.Tandilyan Amerika universitetində təhsil alıb və Amerika şirkəti "Sinopsis Ermənistan"da maliyyə direktoru işləyib.

Təhlükəsizlik Şurasının başçısı Armen Qriqoryan Transparency International-da seçki proqramlarının koordinatoru vəzifəsində işləyirdi. Yaxşı məlumdur ki, Transparency International Soros fondu tərəfindən maliyyələşdirilir, hansı ki, Ermənistanda, eləcə də başqa ölkələrdə Rusiyaya qarşı işləyir.

Daha bir maraqlı personaj Dövlət Nəzarəti Xidmətinin rəisi oldu — David Sanasaryan. Əvvəllər o, erməni mənşəli amerikalı Raffi Ovannisyanın lideri olduğu Qərbyönümlü “İrs” partiyasının üzvü idi.

Yerevanın meri də Putinə qarşı çıxırdı


Qərbyönümlü və rusofob siyasətçilər sırasına təhsil və elm naziri Araik Artünyanı, fövqəladə hallar naziri David Tonoyanı, diaspora nazirinin müavini Babken Ter-Qriqoryanı və başqalarını da aid etmək olar.

İndi bu siyahıya Yerevanın meri vəzifəsinə yiyələnən Ayk Marutyan da əlavə olundu. Yerevanın yeni meri ABŞ-a öz sevgisini heç vaxt gizlətməyib. "Aykakan jamanak" qəzetinin məlumatına görə, o, 2012-ci ilin oktyabrında ailəsi ilə birlikdə hətta daimi yaşamaq üçün ABŞ-a köçməyə qərar vermişdi. Amma bir müddət ABŞ-da yaşayandan sonra Ermənistana qayıtdı.

Yerevanın meri də Putinə qarşı çıxırdı


Yeri gəlmişkən, Marutyan Rusiyaya və onun lideri Vladimir Putinə nifrətini də heç vaxt gizlətməyib. Məsələn, onun "Feysbuk" sosial şəbəkəsindəki səhifəsində antirus statuslara və postlara rast gəlmək olar. Elə Yerevanın yeni merinin öz abunəçiləri ilə bölüşməyə qərar verdiyi "Putini fitə basdılar" videosu nəyə desən dəyər...

Görünür, Nikol Paşinyan Rusiyanın maraqlarına və Moskvanın açıq narazılığına tamamilə məhəl qoymamağa qərar verib və öz komandasına rusofobları yığır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *