Birinci vitse-spiker: Son 27 ildə 5 min 992 qanun qəbul olunub » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Birinci vitse-spiker: Son 27 ildə 5 min 992 qanun qəbul olunub

Birinci vitse-spiker: Son 27 ildə 5 min 992 qanun qəbul olunub


Milli Məclis tərəfindən son 27 il ərzində qəbul edilmiş qanunların ümumi sayı - mövcud qanunvericiliyə dəyişikliklər edilməsi və beynəlxalq müqavilələrin təsdiq edilməsi haqqında qanunlar da daxil olmaqla - 5992-yə yaxındır.

Oxu.Az xəbər verir ki, bunu birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, I çağırış Milli Məclis tərəfindən 797, II çağırışda 843, III çağırışda 956, IV çağırışda 1267, V çağırışda (29 iyun 2018-ci ilə qədər) 1129 qanun qəbul olunub. 1991-ci ildən 1995-ci ilə qədər qəbul olunmuş aktların təqribi sayı isə 1000-dən çoxdur.

Yüz illik yubileyi keçiriləcək Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin dövründə qəbul olunan qərar və qanunların sayınca gəlincə, Z. Əsgərov deyib ki, fəaliyyəti dövründə parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub:

“Aparılan müzakirələrin demək olar ki, çoxu qızğın və işgüzar fikir mübadiləsi mühitində gedir, qanunlar yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.

Qanunların hazırlanması, müzakirəsi və təsdiqi prosesində 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: Maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar.

Vətəndaşlarının rifah halının yaxşılaşdırılması, onların layiq olduğu həyat səviyyəsini təmin etmək niyyəti daşıyan bütün bu qanunlar və qərarlar, eyni zamanda hakimiyyətin hər üç qanadının - qanunvericilik, icra və məhkəmə orqanlarının tam formalaşdırılmasına, dövlət institutu kimi möhkəmlənməsinə istiqamətlənmişdi.

Həmçinin qeyd etməliyəm ki, Azərbaycan Parlamenti öz fəaliyyətinin vacib hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün qarantına çevriləcək ordu quruculuğu məsələlərinə yönəltmişdi.

Parlamentin fəaliyyəti və AXC dövrü ilə bağlı aparılan araşdırmalar və müşahidələr bir daha göstərir ki, bu dövrdə Azərbaycan parlamentarizminin əsası qoyulmuş, parlament bir dövlət institutu olaraq ölkənin siyasi həyatında üzərinə düşən funksiyanı öz imkanları daxilində reallaşdıra bilib”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *