Erməni parlamenti Qarabağı tanımağı planlaşdırmır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Erməni parlamenti Qarabağı tanımağı planlaşdırmır

Erməni parlamenti Qarabağı tanımağı planlaşdırmır


Yerevanın qondarma “Dağlıq Qarabağın tanınması”na dair qanun layihəsi Ermənistanın Milli Məclisinin (parlamentinin) növbədənkənar iclasının gündəminə daxil edilməyib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS-a parlamentin aparatından bildiriblər.

“İki müxalifətçi deputat – Zarui Postancyan və Qrant Baqratyanın Ermənistanın “Dağlıq Qarabağın tanınması”na dair qanunverici təşəbbüsü, hökumət tərəfindən təqdim edilən gündəmdə yoxdur”, - aparatdan qeyd ediblər.

Mayın 5-də hökumət bu qanun layıhəsi üzrə rəy qəbul edərək onu parlamentə təqdim edib.

Ermənistan Milli Məclisinin İctimaiyyət və KİV ilə əlaqə idarəsinin rəisi Arsen Baboyan mayın 5-də bəyan edib ki, parlamentin xarici əlaqələr üzrə komissiyası bir ay müddətində bu qanun layihəsinin iclaslardan birinin gündəminə daxil olub-olmamayacağı məsələsi üzrə qərar qəbul etməlidir.

Bununla yanaşı, komissiya üzvləri bu məslənin baxılmasını təxirə də sala bilər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *