İki Koreya razılığa gəldi
Şimali və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn birgə bəyanat imzalayıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə çərşənbə günü, sentyabrın 19-da “Yonhap” agentliyi məlumat yayıb.
Sənədə əsasən, rəsmi Pxenyan və Seul yarımadada nüvə silahından imtinaya dair razılığa gəliblər.
Bundan əlavə, iki ölkə arasında hərbi müqavilə imzalanıb. Müdafiə nazirlərinin imzaladığı sənədə görə, iki Koreya arasında gərginlik azaldılmalı, müharibə təhlükəsi olmamalıdır.
Mənbə:> Oxu.Az