Trampdan ABŞ-Çin ticarət müharibəsinin yeni mərhələsinin anonsu
Pekində fond birjası bağlandıqdan sonra ABŞ Çin mallarına yeni rüsumların tətbiq edildiyini bəyan edəcək.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O qeyd edib ki, yeni rüsumlar sentyabrın 17-dən tətbiq olunacaq.
Tramp Çin lideri Si Tzinpinə hörmət etdiyini, lakin ABŞ-ın daha Çinə qarşı köhnə ticarət siyasəti yürüdə bilməyəcəyini bildirib.
Mənbə:> Oxu.Az