Lavrov Trampın sədrlik edəcəyi iclasa qatılacaq
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın sədrlik edəcəyi BMT Təhlükəsizlik Şurasının iclasına qatılacaq.
Oxu.Az “RİA Novosti”yə xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Bəli, Lavrov iclasda iştirak edəcək”, - deyə o, jurnalistin sualına cavab olaraq bildirib.
Qeyd edək ki, sentyabrda BMT Təhlükəsizlik Şurasına ABŞ sədrlik edir. Tramp sentyabrın 26-da keçiriləcək toplantıya şəxsən sədrlik edəcəyini açıqlayıb. İclasda İranla bağlı vəziyyət müzakirə olunacaq.
Mənbə:> Oxu.Az