Tanzaniya prezidenti hamiləlikdən qorunanları “tənbəl” adlandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Tanzaniya prezidenti hamiləlikdən qorunanları “tənbəl” adlandırdı – FOTO

Tanzaniya prezidenti hamiləlikdən qorunanları “tənbəl” adlandırdı


Tanzaniya prezidenti Con Maqufuli qorunmanın faydasızlığından danışıb.

Oxu.Az xəbər verir ki, onun sözlərini “The Guardian” nəşri yayımlayıb.

Şərqi Afrika ölkəsinin liderinin fikrincə, hamiləlikdən qorunanlar işləmək və böyük ailə istəməyən tənbəl insanlardır. O əlavə edib ki, qorunmanı təbliğ edən insanlar pis məsləhətçilərdir.

“Siz yaxşı fermerlərsiniz, öz uşaqlarınızı saxlaya bilərsiniz. Qorunmaq nəyə lazımdır?”, - prezident deyib.

Qəzet bildirib ki, prezidentin sözləri qanunun dəyişdirilməsi anlamına gəlmir. Ancaq qeyd edilib ki, bundan öncə prezidentin bəyanatları yerli orqanlar tərəfindən istiqamətverici addım kimi qiymətləndirilib.

Tanzaniya qanunlarına əsasən, bu ölkədə qadınlar hamiləlikdən qoruna bilərlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *