Ermənistan xüsusi xidmət orqanlarının başçılarını dinləyir və danışıqlarını sosial şəbəkədə yayırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Ermənistan xüsusi xidmət orqanlarının başçılarını dinləyir və danışıqlarını sosial şəbəkədə yayırlar – VİDEO

Ermənistan xüsusi xidmət orqanlarının başçılarını dinləyir və danışıqlarını sosial şəbəkədə yayırlar

Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan onunla Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan arasında telefon danışığının dinlənilməsi, səs yazısının internetdə yayılması ilə bağlı təcili mətbuat konfransı keçirib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Xaçaturyan telefon danışığının yayılmasını 2008-ci il 1 mart hadisələrinə dair istintaqa mane olmaq cəhdi adlandırıb. Deyib ki, şəxsin icazəsi olmadan onun barəsində məlumatların toplanması, yayılması cinayətdir.

“Biz xalqa oğurlanmış milyardları qaytarmağa çalışırıq, qatilləri və onların sponsorlarını məsuliyyətə cəlb etmək istəyirik. Onlar nə edə bilər? Bu, bizi dayandırmağa yönəlmiş miskin cəhddir, amma inanın ki, biz dayanan deyilik və öz işimizi görəcəyik”-Sasun Xaçaturyan bildirib.

Xüsusi İstintaq Komitəsinin rəhbəri təsdiq edib ki, baş nazir Paşinyanı KTMT baş katibi Yuri Xaçaturovun həbsi barədə məlumatlandırıb. “Baş nazir dəfələrlə deyib ki, hansısa şəxsin təsqirləndirilən qismində istintaqa cəlb edilməsinə siyasi əngəl ola bilməz. Bu planda bəli, mən cənab baş naziri Xaçaturovun və digərlərinin barəsində qətimkan tədbirinin seçilməsi barədə məlumatlandırmışam”-o deyib.

Bununla belə səs yazısında Xaçaturovun həbsi barədə siyasi sifariş aydın eşidilir.

* * *16:48

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin sensasion səs yazısı yayılıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, səs yazısı Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında Ermənistanın 2-ci prezidenti Robert Koçaryan və KTMT-nın baş katibi Yuri Xaçaturovun həbsi barədə danışıqlardan ibarətdir.

Vanetsyan ona hakimlə söhbəti haqda danışır, bildirir ki, artıq Koçaryanın həbsi ilə bağlı təlimat verilib. Sonra Xaçaturova keçir. Deyir ki, KTMT-nın baş katibinə heç bir halda toxunmaq olmaz, çünki Rusiya ilə münasibətləri korlamaq təhlükəsi var.

Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" sosial şəbəkəsində canlı yayımı zamanı Ermənistanın Xüsusi Istintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında Ermənistanın 2-ci prezidenti Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə səs yazısını təsdiqləyib.

Paşinyan bildirib ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanı yanına çağıraraq mətbuat üçün açıqlama verməsinə dair göstəriş verib.


"Biz bu izahlara hələ qayıdacağıq. İndi mən başqa şey demək istəyirəm. Bunu kim və niyə etdi? Hansı siyasi hədəflə?", - Paşinyan bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin danışığı siyasi sabotaj məqsədi ilə dinlənilə bilərdi.

"1 martda insanların qətlində günahkar olanların hamısı məhkəmə qarşısında cavab verəcək. Xalqdan oğurladıqlarının hamısını xalqa qaytaracaqlar - Robert Koçaryan, Serj Sarkisyan, Ovik Abramyan, Manvel Qriqoryan, Taron Markaryan, Qaqik Xaçatryan… Müxtəlif kalibrli məmurlar bunu hiss edirlər və bilirlər ki, bu vaxt gəlir. Və onlar buna mane olmaq üçün hər cür vasitəyə əl atırlar", - Paşinyan bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


When it comes to the original origin of cosplay shop,

people generally agree that the birthplace of cosplay is located in Japan. Of course, this is

true if this is based on the current cosplay girl anime

concept.www.cosplaycina.it But in a broad sense, the real

birthplace of animation lol cosplay is definitely the

United States

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *