Tbilisidə parlament binası önündə etiraz aksiyası » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Tbilisidə parlament binası önündə etiraz aksiyası

Tbilisidə parlament binası önündə etiraz aksiyası

Sentyabrın 10-da Tbilisidə parlamentin binası önündə etiraz aksiyası keçirilir.

AzərTAc xəbər verir ki, aksiyanı 2017-ci ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmə David Saralidzenin atası Zaza Saralidze başlayıb.

Zaza Saralidze bildirib ki, aksiyaya öldürülən digər yeniyetmənin valideynləri ilə yanaşı, ötən ilin sonunda Pankisidə keçirilmiş xüsusi əməliyyat zamanı ölən Temerlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili də qoşulub.

O deyib: “Mən bu gündən etibarən aclıq aksiyasına başlayıram. Ədalət bərpa olunmayanadək burada qalacağam”.

Xatırladaq ki, 2017-ci il dekabrın 1-də kütləvi dava zamanı Tbilisidə 51 saylı məktəbin şagirdləri David Saralidze və Levan Dadunaşvili qətlə yetirilib. Bu ilin may ayında məhkəmənin qəbul etdiyi qərar Gürcüstan ictimaiyyətinin kəskin etirazına səbəb olmuşdu. İyun ayında Z.Saralidzenin təşkilatçılığı ilə Tbilisidə parlament binası qarşısında davamlı olaraq bir neçə kütləvi aksiya keçirilib.

Məktəblilərin qətli ilə bağlı parlament istintaq komissiyası yaradılıb. Z.Saralidze komissiyanın fəaliyyətindən narazı olduğunu bildirib.

Mənbə: AzerTac
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *