Tbilisidə etiraz aksiyasına bir həftəlik fasilə verilib
Gürcüstanın paytaxtı Tbilisidə parlamentin binası qarşısında keçirilən etiraz aksiyasına fasilə verilib.
Yerli mətbuat yazır ki, bu barədə aksiyanın əsas təşkilatçısı Zaza Saralidze parlamentdə yeniyetmələrin qətli ilə bağlı yaradılmış müvəqqəti istintaq komissiyası ilə keçirdiyi görüşdən sonra bildirib.
O, parlament qarşısında toplaşmış etirazçılara aksiyaya bir həftə müddətinə fasilə verildiyini deyib: “Aksiya Ramazan ayının başa çatmasından sonra bərpa olunacaq və Pankisi sakinləri də etiraza qoşulacaqlar”.
Mənbə:> Virtualaz.org