“Bu sistem dağılmasa yerimdən tərpənən deyiləm...” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

“Bu sistem dağılmasa yerimdən tərpənən deyiləm...” – YENİLƏNİB

“Bu sistem dağılmasa yerimdən tərpənən deyiləm...”

Gürcüstanda ötən gündən başlayan etiraz hərəkatının faktiki lideri, ötən ilin sonlarında yeniyetmə oğlu Tiflisdə məktəblilərin “razborkası”ında bıçaqlanaraq öldürülən Zaza Saralidze parlamentin qarşısında çıxış edərək baş nazir Georgi Kvirikaşvilinin və bütün hökumətin istefa verməsini tələb edib.

Virtualaz.org xəbər verir ki, parlament binası qarşısında minlərlə etirazçı toplaşıb, onların əksəriyyəti gənclərdir. Nümayişçilər habelə Tiflisin mərkəzi Rustavi prospektini bağlayıb. Mitinqdə siyasətçilər də iştirak edir, amma aksiyaları siyasiləşdirməmək üçün onlara çıxış etməyə icazə vermirlər. Mitinqdə ancaq övladları öldürülən valideyinlərin halına acıyanlar, habelə yaxınlarını itirənlər çıxış edir, onlar prokurorluğu korrupsiyalaşmaqda və cinayət işinin istintaqını düzgün aparmamaqda ittiham edirlər.

“Şəxsən mən bu hökumətin istefasını tələb edirəm, çünki onlar mənim qəlbimə tüpürüblər...Qoy Kvirikaşvili dərhal çıxsın və istefa bəyənatı versin. Və təkcə Kvirikaşvili deyil, onun seçdiyi hökumət də. Bu sistem dağılmasa mən yerimdən tərpənən deyiləm”, - Saralidze bildirib.

* * *20:31

Tbilisidə Gürcüstan hökumətinin istefası tələbi qoyulmuş etiraz aksiyasının iştirakçıları Rustaveli prospektində nəqliyyatın hərəkətini dayandırıblar.

Virtualaz.org TASS-a istinadən xəbər verir ki, aksiyada 3 minə yaxın adam iştirak edir. Onlar parlament binasının qarşısı ilə yanaşı, yolu da tutublar. Bu arada xatırladaq ki, Ermənistanda "məxməri inqilab" zamanı da yolların bağlanması taktikasından geniş istifadə olunmuşdu.

Şəhər hakimiyyəti və prospektdə olan hüquq-mühafizə orqanları əməkdaşları hələlik prospektdə hərəkətin bərpa edilməsi üçün heç bir tədbir görmürlər.

Parlamentin binasının yaxınlığında bir neçə təcili yardım maşını növbə çəkir.

Aksiyada adi vətəndaşlar çıxış edir və məhkəmə ədalətsizliyi ilə üzləşdikləri hallardan bəhs edirlər. Onların hamısı ölkədə qanunların aliliyinin bərqərar olmasını tələb edirlər. Aksiyada hər hansı siyasi bəyanat səslənməyib, akin iştirakçıların tələbi qüvvəsində qalmaqdadır – onlar hökumətin istefasını istəyirlər.

* * *19:59

Gürcüstanın müxalifət partiyaları razılığa gəliblər ki, Tbilisidə 2017-ci ilin dekabr ayında qətlə yetirilmiş yuxarı sinif şagirdi Zaza Salaridzenin atası tərəfindən təşkil edilmiş etiraz aksiyalarında iştirak etməyəcəklər.

Virtualaz.org “Qruziya-Onlayn”a istinadən xəbər verir ki, bununla bağlı “Demokratik hərəkat” partiyasının lideri Nino Burcanadze jurnalistlərə deyib:

“Biz vətəndaşlarda ədalətsizliyə qarşı başlamış bu aksiyanı siyasiləşdirmək niyyətində deyilik. Lakin bu o demək deyil ki, müxalifət partiyaları siyasi mübarizədən imtina edir. Bu o deməkdir ki, biz bu prosesdən siyasi məqsədlərimiz üçün istifadə etmirik”.

* * *18:58

Gürcüstanın Qori şəhərindəki Dövlət universitetinin qarşısına toplaşan tələbələr etiraz aksiyası keçirirlər.

Virtualaz.org “Qruziya-Onlayn”a istinadən xəbər verir ki, aksiya iştirakçıları Xorava küçəsindəki qanlı qarşıdurma ilə bağlı şəhər məhkəməsinin qərarına etirazlarını bildiriblər və qısa müddətdə işin ədalətlə həll edilməsini tələb ediblər.

Xatırladaq ki, dünən Zaza Saralidzeyə dəstək aksiyaları Batumidə, Telavidə, Qurcaanidə, Zuqdididə və Qoridə keçirilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *