İranda İdlib qeyri-müəyyənliyi: Ərdoğanın xəbərdarlığı...
Küveyt qəzetləri bir neçə gün öncə Tehran zirvəsində Rusiya, Türkiyə və İran liderlərinin fərqli mövqeyini dəyərləndirib.
AzNews.info axar.az-a istinadən xəbər verir ki, Küveytin "Ər-Ray" qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "müxaliflərin dəstəkçisi" kimi göstərərək, onun İdlibin qan gölünə dönməməsi üçün etdiyi xəbərdarlıq və atəşkəs çağırışından yazıb.
Qəzetdə həmçinin Ərdoğanın "Rejimin maraqları naminə onminlərlə məsum insanın ölümünə göz yumulacağı təqdirdə, Türkiyə bu oyuna ortaq olmayacaq və tamaşa etməyəcək" sözləri vurğulanıb.
"Əl-Kabes" qəzeti isə "Tehran zirvəsi: İdlib taleyində qeyri-müəyyənlik" başlığı ilə oxucularına görüş barədə məlumat verib. Xəbərdə zirvənin böhran üçün konkret nəticə əldə etmədən başa çatdığı bildirilib.
Mənbə:> Axar.az