İran: “Türkiyə vəziyyətdən istifadə edir”
İran prezidentinin köməkçisi Məhəmməd Bağır Nobaxt Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini təkzib edib.
Axar.az xəbər verir ki, Türkiyə liderinin ötən ilin avqustunda Ruhani ilə danışmadığını deyən Nobaxt Ankaranın vəziyyətdən sui-istifadə etdiyini deyib:
“Türkiyə hazırda İraq, Rusiya və Suriya ilə qarşı-qarşıyadır. Çaşdırıcı olan budur ki, Ankara problemlərini artıracaq İranı da bu siyahıya əlavə etmək istəyir”.
Xatırladaq ki, bir müddət öncə Ərdoğan oğlu ilə bağlı İran mətbuatında xoşagəlməz iddiaların yayıldığını, bu səbəbdən iranlı həmkarı Həsən Ruhani ilə danışdığını açıqlamışdı.
Mənbə:> Axar.az