Fazil Məmmədovdan xəbər var » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman, Güləş

Fazil Məmmədovdan xəbər var

Fazil Məmmədovdan xəbər var


Azərbaycan Güləş Federasiyasında heç bir maliyyə problemi yoxdur.

AzNews.info xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında bu gün milli komandanın məşqinə baş çəkmiş federasiya prezidentinin vəzifələrini icra edəni Namik Əliyev deyib.

N.Əliyev bir neçə aylıq fasilədən sonra bu ilin mayında federasiyaya, birinci vitse-prezident postuna qayıtdı. Ancaq sonra federasiyanın prezidenti Fazil Məmmədov səhhətindəki ciddi problemlərlə əlaqədar Türkiyəyə müalicəyə getdi və N.Əliyev prezident vəzifələrini icra etməyə başladı.

"Bəli, mən bir müddət Azərbaycan Güləş Federasiyasını tərk etdim, amma bu, o demək deyil ki, mən güləşi izləməyi dayandırdım. Mən Ümumdünya Güləş Birliyinin (UWW) üzvü kimi qalmaqda davam edirdim və hadisələrin mərkəzində idim", - Namik Əliyev vurğulayıb.

Fazil Məmmədovun sağlamlıq durumu haqda suala cavab verərkən Namik Əliyev qeyd edib ki, sabiq vergilər nazirinin səhhəti yaxşılaşmağa doğru gedir.

"O, əvvəlki kimi Türkiyədədir və müalicəsini orada davam etdirir", - N.Əliyev əlavə edib.

...Son illər biz bir neçə dəfə Güləş Federasiyasında maliyyə problemlərinin olduğu barədə eşitmişdik. İş hətta Azərbaycan yığması pəhləvanlarının iştirakı ilə etiraz aksiyasına qədər gəlib çatmışdı. İndi isə Namik Əliyevin sözlərinə görə, vəziyyət normallaşıb: "Bizdə heç bir maliyyə problemi yoxdur. Hər şey qaydasındadır. Komandanın hazırlığı, təlim-məşqlər... Hər şey plan üzrə gedir. Bizə hətta, birgə məşq prosesində iştirak etmək üçün xarici komandalar gəlir...".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *