Fransadan Rusiyaya ağır ittiham
Rusiya hərbçilərin istifadə etdiyi Fransa-İtaliya peykindən məlumatları ələ keçirməyə cəhd edib.
Oxu.Az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Fransa müdafiə naziri Florans Parli deyib.
O bildirib ki, belə bir hal 2017-ci ildə baş verib. O vaxt Rusiyanın “Luç” kosmik aparatı Athena-Fidus peykinə yaxınlaşmışdı.
Nazir qeyd edib ki, baş vermiş hadisə nəinki qeyri-dost addımdır, hətta cəsusluq aktıdır.
Mənbə:> Oxu.Az