Fransadan İŞİD-ə Yeni il təbriki: Rakka bombalandı

Fransa hərbi hava qüvvələri İŞİD-in Suriyadakı hədəflərinə qarşı əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə Müdafiə naziri Jan-İv Le Drian məlumat verib.
Nazirin sözlərinə görə, İordaniyadan qalxan 2 ədəd “Mirag 2000" tipli döyüş təyyarəsi Suriyanın Rakka şəhərini bombalayıb.
2016-cı ildə keçirilən ilk əməliyyat 2 saat davam edib.
Mənbə: Axar.az