Paşinyan Fransaya səfərə gedir
Sentyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya səfər edəcək. Virtualaz.org “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan məlumat verib.
Onun sözlərinə görə, Paşinyan gələn həftənin cümə günü Parisdə olacaq. “Günorta saatlarında o, Fransa prezidenti Emmanuel Makronla görüşəcək”, - Papazyan deyib.
Sentyabrın 14-də Paşinyan həmçinin yerli erməni icmasının nümayəndələri ilə görüş keçirəcək. Görüşdə Ermənistandakı daxili siyasi vəziyyət və Fransadakı erməni icmasının fəaliyyəti müzakirə ediləcək.
Mənbə:> Virtualaz.org