Çavuşoğlu Tehranda
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranda səfərdədir. O, sentyabrın 6-da Tehranda iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
Virtualaz.org bildirir ki, Çavuşoğlu bu barədə Tvitter hesabında məlumat paylaşıb.
Nazirlər bu gün Rusiya, İran və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutacaq üçtərəfli sammitlə bağlı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, liderlər əsasən Suriya probleminin həlli məsələsini müzakirə edəcəklər.
Mənbə:> Virtualaz.org