Türkiyə XİN rəhbəri Fransa prezidentini “ikiüzlü” adlandırdı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa prezidenti Emmanuel Makronu ikiüzlü adlandırıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, XİN rəhbəri bu barədə “Tvitter” hesabında yazıb.
“Demokratiya sadəcə bir tərəfin təhqir, söyüş və yalanlarını diqtə etməsi deyil. Eyni zamanda qarşı tərəfin də fikir və həssaslığının nəzərə alınmasıdır”, - deyə M.Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, Fransa lideri Emmanuel Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında təhqiramiz ifadələr işlədən “Le Point” nəşrinə dəstəyini nümayiş etdirmişdi.
Mənbə:> Virtualaz.org