Çavuşoğlu: Azərbaycan, Türkiyə və Rusiya Qarabağı müzakirə edəcəklər
“Üçtərəfli format hamı üçün sərfəli olacaq”.
Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli mexanizmi çərçivəsində Dağlıq Qarabağ münaqişəsi müzakirə edilə bilər.
Oxu.Az Anadolu-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarına cavab verərkən deyib.
Onun sözlərinə görə, üçtərəfli format hamı üçün sərfəli olacaq.
“Biz bu formatı Azərbaycanda görüşlər zamanı müzakirə etmişik. Aəzrbaycan Rusiya ilə üçtərəfli mexanimzi müsbət qiymətləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri zamanı bu barədə müzakirələr aparılıb və V.Putinə tərəddüd etmədən buna müsbət yanaşdığını deyib. Biz siyasi, iqtisadi, nəqliyyat və energetika sahələrində əməkdaşlıq edə bilərik”.
Mənbə:> Oxu.az