Lukaşenko: “Xərclər məsələsində Azərbaycanla yarışmaq lazım deyil...”
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün yeni baş nazir Sergey Ruması qəbul edərək iqtisadiyyatın inkişafı, futbolu və Avropa Oyunlarına hazırlıq məsələrini müzakirə edib.
Virtualaz.org Belarus rəsmi KİV-lərinə istinadən xəbər verir ki, Lukaşenko Birinci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanla xərclər məsələsində “yarışmağa gərək olmadığını” bildirib. Onun sözlərinə görə bu məsələdə Belarus yüksək təşkilatçılıq səviyyəsi və səmimiyyəti ilə seçilməlidir.
Belarus Azərbaycandan sonra Avropa Oyunlarına ev sahibliyi edəcək ikinci ölkədir.
Mənbə:> Virtualaz.org