Tramp: "Əsədin öldürülməsi heç vaxt müzakirə edilməyib"
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, heç vaxt Suriya prezidenti Bəşşar Əsədin öldürülməsi imkanlarını müzakirə etməyib. Bu barədə RİA "Novosti" Trampın jurnalistlə söhbətinin stenoqramına istinadən məlumat yayıb.
"(Əsədin öldürülməsi-red) Heç vaxt müzakirə edilməyib", - deyə Tramp jurnalistin növbəti sualını cavablandırarkən deyib.
Prezident əlavə edib ki, jurnalist Robert Vudvordun "Qorxu. Tramp Ağ Evdə" adlı kitabı tamamilə uydurmadır.
Daha əvvəl KİV Vudvordun kitabından çıxarışa istinadən xəbər verib ki, Tramp 2017-ci ilin aprelində Ceyms Mettisə Bəşşar Əsədi öldürməyi təklif edib.
Mənbə:> RİA Novosti