Tramp sabiq köməkçisini “yazıq” adlandırdı
ABŞ prezidenti Donald Tramp yeni kitabında Amerika liderini “psixi xəstəlikdən” əziyyət çəkən “irqçi” kimi təqdim edən keçmiş köməkçisi Omaros Maniqol-Nyumanı “yazıq” adlandırıb.
Oxu.Az xəbər verir ki, belə bəyanatla Tramp baykerlərin Bedminsterdə təşkil olunan mitinqində çıxış edib.
Maniqol-Nyuman və onun kitabı barədə verilən suala Tramp belə cavab verib:
“Yazıq. O, yazıqdır”.
Daha öncə Maniqol-Nyumanın kitabından bir fakt KİV-ə sızmışdı. Trampın sabiq köməkçisi yazır ki, 2017-ci ildə vəkili Maykl Koenlə Ağ Evdə görüşdən sonra Amerika liderinin vərəqi çeynədiyini görüb.
Ağ Evdə bu xəbəri təkzib ediblər.
Maniqol-Nyumanın “Sərsəmləmiş: Trampın Ağ Evindən baxış” kitabı ABŞ-da avqustun 14-də satışa çıxarılacaq.
Mənbə:> Oxu.Az