Sergey Soloveyçik: “Yerevanda Azərbaycan himni səslənib”
Avropa Cüdo İttifaqı (EJU) ümidvardır ki, Ermənistan yığma komandası fikrini dəyişəcək və Bakıdakı dünya çempionatında iştirak edəcək. Virtualaz.org TASS-a istinadən xəbər verir ki, bunu EJU prezidenti Sergey Soloveyçik deyib.
“Ermənistan yığması Azərbaycana getməsə, bu hamımız üçün geriyə addım olacaq. Cüdo birləşmək üçün meydançadır, biz həmişə mübarizə aparmışıq və aparırıq ki, idmançılar siyasətdən kənar olsunlar. Yerevanda da Avropa çempionatı keçirmişik və hər şey edilmişdi ki, azərbaycanlı idmançılar orada iştirak etsinlər. Himn də çalındı, bayraq da qaldırıldı, eynilə həmin şey Bakıda da olmuşdu. Avropa Oyunlarını yadınıza salın. Düşünürəm ki, vəziyyəti yoluna qoymaq mümkün olacaq, halbuki vaxt çox azdır”, - Soloveyçik qeyd edib.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Cüdo Federasiyasının (IJF) bütün üzvlərinə, o cümlədən Ermənistana təhlükəsizlik zəmanəti verib və bu barədə ölkəmizin hökuməti adından ünvanlanmış məktubda bildirilir. Lakin Ermənistan Gənclər Nazirliyi bu gün yalan bəyanatla çıxış edərək bildirib ki, belə zəmanət almayıb.
Mənbə:> TASS