Azərbaycan Ermənistana təminat verir ERMƏNİSTAN NƏDƏN QORXUR?
Sentyabrın 20-dən 27-nə qədər Bakıda cüdo üzrə dünya çempionatı keçiriləcək. Yarışlarda 89 ölkədən 513 idmançı iştirak eəcək. Ermənistan 90-cı ölkə ola bilər, lakin orada hələlik tərəddüd edirlər – Azərbaycana getsinlər, ya yox.
Virtualaz.org xəbər verir ki, “Sputnik Ermənistan” bununla bağlı yazır: “İstisna olunmur ki, Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer vasitəçi rolunda çıxış edərək, Azərbaycandan təhlükəsizlik üzrə təminat ala biləcək. Məlum olub ki, Ermənistan Cüdo Federasiyasının prezidenti Vardan Voskanyan Budapeştdə Vizerlə görüşüb və erməni idmançıların beynəlxalq turnurdə iştirakı məsələsini müzakirə edib. İJF prezidenti söz verib ki, azərbaycanlılarla təhlükəsizliyin təmin edilməsi və ermənilərin yarışda iştirakı ilə bağlı danışıqlar aparacaq”.
Nəzərə alsaq ki, Azərbaycan təşkilatçısı olduğu bir çox beynəlxalq yarışlarda bütün iştirakçılara, o cümlədən ermənilərə təhükəsizlik təmanita təqdim edib, bəyanat çox qəribə səslənir. Ermənistanın yığma komandaları müxtəlif idman növləri üzrə yarışlarda ölkəmizdə dəfələrlə çıxış ediblər. 2015-ci ilin Avropa Oyunlarında da Ermənistan komandası çıxış etmişdi.
“Bizim tərəfdən heç bir problem yoxdur, - Azərbaycan Cüdo Federasiyasının nümayəndəsi Elnur Əşrəfoğlu virtualaz.org-a deyib. – Azərbaycan təminat verir. Sentyabrın 1-nə kimi ermənilər iştirak üçün sifariş verə bilərlər. Məgər Azərbaycan ilk dəfə iri yarışlara ev sahibliyi edir? Marius Vizerin vəiyyətə müdaxiləsinə heç bir zərurət yoxdur”.
Mənbə:> Virtualaz.org