Arif Alvi Pakistanın yeni prezidenti oldu – YENİLƏNİB
Pakistanın hakim partiyası olan “Texrik-e-İnsaf”ın (Ədalət üçün hərəkat) namizədi Arif Alvi ölkənin 13-cü prezidenti seçilib.
Bununla bağlı “Geo” TV səsvermənin qeyri-rəsmi nəticələrinə əsasən məlumat yayıb.
Seçkilər federal parlamentdə və dörd əyalət assambleyasında yerli vaxtla 10-dan 16-yadək keçirilib. Rəsmi nəticələrin bu gün axşam saatlarında açıqlanacağı gözlənilir.
Xatırladaq ki, ölkə prezidenti postu uğrunda üç namizəd mübarizə aparıb: Arif Alvi, Pakistan Xalq Partiyasından Aizaz Axsan və müxalif birləşmələrin nümayəndəsi Maulana Fazl-ur-Rahman.
**15:55
Pakistanda 130-cu prezident seçkiləri yekunlaşıb. Seçkilərin yekunlaşması barədə Pakistan Mərkəzi Seçki Komissiyası bildirib.
Komissiya hazırda səslərin sayılmasına başlayıb. Səsvermənin nəticələrinin bu gün axşam elan olunacağı gözlənilir.
Ölkə prezidentliyinə namizədliyini 3 nəfər irəli sürüb.
Qeyd edək ki, Pakistanın hazırki prezidenti Məmnun Hüseyn ikinci müddətə prezident seçilmək üçün namizədliyini verməkdən imtina edib
Mənbə:> Virtualaz.org