“Qərbin bizdən istədiyi budur ki...” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

“Qərbin bizdən istədiyi budur ki...”

“Qərbin bizdən istədiyi budur ki...”


“Türkiyənin F-35-lərə ehtiyacı var. Verməzlərsə, ehtiyacımızı başqa yerdən təmin edərik”.


Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbçilərin məzuniyyət mərasimində deyib.

“Türkiyənin S-400 zenit-raket komplekslərinə ehtiyacı var və ən qısa müddətdə alacağıq. Türkiyənin F-35-lərə də ehtiyacı var. Verəcəkləri halda, bu, anlaşmaya əməl etdiklərini göstərəcək. F-35 layihəsinin ortağı olduğu üçün 900 milyon dollar ödədik. Pilotsuz uçuş aparatlarını vermədilər, indi özümüz istehsal edirik. Bunlarla terrorçuları vururuq”, -
Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin ABŞ-la olduğu kimi, digər ölkələrlə də əməkdaşlıq etməsinə ehtiyacı var:

“Bu günə kimi ikitərəfli və ya çoxtərəfli əlaqələrimizdə vədimizə əməl etdik, biz ikiüzlülük etmədik. Amma bütün bunların hamısı bizə qarşı edildi. Buradan alnıağ çıxacaq tək ölkə Türkiyədir. Həm Avropa, həm də ABŞ bu məsələdə bir neçə dəfə sinifdə qalıb. Yalnız Suriyada ABŞ-ın bizə verib yerinə yetirmədiyi vədləri saysaq, üzümüzə baxacaq halları qalmaz”.


Türkiyə prezidenti qeyd edib ki, Qərb terrorla mübarizə məsələlərində fərqli davranır:

“Bu məsələdə bizdən nə tələb olunur? Bütün terror təşkilatları ölkəmizə təcavüz etsin, biz əlimiz-qolumuz bağlı oturaq, eləmi? Terrorla mübarizə hər kəsin hüququ kimi görünür, amma mövzu Türkiyə olanda, işin rəngi dəyişir. Suriyadan ölkəmizə olan hücumlar qarşısında yalnız buraxılmış ölkəyik. Özümüzü müdafiə etmək üçün lazım olan raket sistemləri müxtəlif bəhanələrlə bizə verilmədi. Silahlarını terror təşkilatlarına pulsuz verirlər. Torpaqlarımızı qorumaq üçün alternativlər axtaranda isə “etməyin” deyirlər”.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *