TRT ABŞ-a görə kovboy filmlərinə qadağa qoydu
Türkiyənin dövlət televiziya və radio şirkəti olan TRT Ankara ilə Vaşinqton arasında davam edən siyasi gərginlik fonunda kovboy filmlərinin yayımını dayandırıb.
Azvision.az xəbər verir ki, son 2 həftədir TRT telekanalının yayım proqramında müşahidə edilən dəyişiklikər bu cür qənaətə gəlinməsinə əsas verib.
Telekanalın onillərdir dəyişməyən efir proqramına uyğun olaraq 1980-cı illərdən bəri hər həftənin bazar günü səhər saat 09:55-dən başlayaraq Amerika istehsalı olan uzunmetrajlı kovboy filmləri yayımlanırdı. Lakin son həftələrdə kovboy filmlərinin əvəzinə "Ev Sineması" rubrikası çərçivəsində türk kinosundan seçmələr göstərilir. Hətta telekanalın efir proqramında 2 sentyabrda da türk kinosununun təqdim ediləcəyi əks olunub. Həmçinin “Vestern” rubrikası ümumiyyətlə TRT-nin efir proqramından yığışdırılıb.
Qeyd edək ik, bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Ankaraya qarşı yürütdüyü siyasəti kovboyların davranışına bənzətmişdi: “Əgər Vaşinqton kovboy filmlərindəki kimi “nə istəyirəm, onu da edirəm” prinsipi ilə hərəkət etsə, biz də cavab verəcəyik”.
Mənbə:> Oxu.Az