Trampın köməkçisi: "Ukraynanın NATO-ya üzvlüyünə şərtlərimiz var" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Trampın köməkçisi: "Ukraynanın NATO-ya üzvlüyünə şərtlərimiz var"

Trampın köməkçisi: "Ukraynanın NATO-ya üzvlüyünə şərtlərimiz var"


Ukraynanın NATO blokuna daxil olmasının perspektivləri Kiyevin bir sıra siyasi və hərbi şərtləri yerinə yetirməsindən asılıdır.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Ukraynadakı brifinqdə çıxışı zamanı belə deyib. Bolton xatırladıb ki, hələ 2008-ci ildə o zamankı ABŞ prezidenti Corc Buşun administrasiyası Ukrayna və digər ölkələrə NATO-ya daxil olmaq prosesini sürətləndirmələrini təklif etmişdi. Lakin bir sıra avropalı həmkarları Buşla razılaşmamışdılar.

“İndi isə bizim administrasiyamız Ukrayna ilə əlaqəli bu məsələni fəal şəkildə nəzərdən keçirir. Artıq bir neçə addım atılıb. Amma bu məsələdə bir çox şey Ukraynanın özündən asılıdır”, – deyə, Trampın köməkçisi vurğulayıb.

Qeyd edək ki, martda Ukrayna NATO-nun “aspirant ölkə” statusunu əldə edib. 2014-cü ilin maydan hadisələrindən sonra Ukrayna Ali Radası ölkənin bloklara qoşulmamaq siyasətindən imtina edən qanun dəyişikliyi qəbul edib. 2016-cı ildə qəbul olunan qanunla isə NATO-ya daxil omlaq Ukrayna xarici siyasətinin başlıca məqsədlrindən biri kimi göstərilib. Bununla belə, Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, ölkəsinin Alyansa qoşulması referendumla müəyyənləşdiriləcək.

Mənbə: Azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *