Türkiyə yeni helikopterini təqdim etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Foto

Türkiyə yeni helikopterini təqdim etdi – FOTO

Türkiyə yeni helikopterini təqdim etdi


Türkiyədə T-625 adlı ilk milli çoxməqsədli helikopter hazırlanıb.

AzNews.info oxu.az-a istinadən xəbər verir ki, helikopterin prototipi Türk Havacılık ve Uzay Sanayii AŞ (TUSAŞ/TAI) tərəfindən, Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə birgə hazırlanıb.

Növbəti mərhələdə helikopterin sistemləri sınaqdan keçiriləcək və o, ilk test uçuşlarına başlayacaq.

T-625 helikopterinin füzelyajı, ötürücü və rotor sistemi, şassi və avtopilotu TUSAŞ mühəndisləri tərəfindən hazırlanıb.

Türkiyədə çoxməqsədli ikimühərrikli helikopterin üzərində iş 2013-cü ildən aparılır.

TUSAŞ helikopterinin hazırlanmasına dair müqavilə 2013-cü ildə imzalanıb.

Helikopter təcili tibbi yardım briqadası, xilasetmə və yanğın əleyhinə əməliyyatlarda uğurla tətbiq oluna bilər.

Helikopterin heyəti iki nəfərdən ibarət olacaq. O, 12 nəfərdək sərnişini daşımaq üçün nəzərdə tutulub.

Türkiyə yeni helikopterini təqdim etdi
Türkiyə yeni helikopterini təqdim etdi
Türkiyə yeni helikopterini təqdim etdi

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *