Türkiyə helikopterini Rusiya raketi ilə vurublar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Sosial, Video

Türkiyə helikopterini Rusiya raketi ilə vurublar – VİDEO

Türkiyə helikopterini Rusiya raketi ilə vurublar


Türkiyənin cənub-şərqində PKK- ilə türk silahlı qüvvələri arasında şiddətli döyüşlər davam edir. Türkiyə silahlı qüvvələrinin Baş qərargahının yaydığı məlumata əsasən mayın 15-də Şırnakda gedən döyüşlərdə türk ordusu daha 7 əsgərini itirib, PKK-çılar eyni vaxtda dörd istiqamətdən Türkiyə ordusunun mövqelərinə hücum etdiyi bildirilir. PKK-çıların da çoxsaylı itkilərə məruz qaldığı açıqlanıb.

AzNews.info Virtualaz.org-a istinadən xəbər verir ki, mayın 13-də gedən döyüşlərdə isə Türkiyə silahlı qüvvələri “Kobra” tipli döyüş helikopterini itirib. Baş qərargah vertolyotun “texniki nasazlıq” üzündən qəzaya uğradığını, iki pilotun həlak olduğunu bildirir. Lakin PKK-nın “GerillaTV” internet televiziyası vertolyotun Rusiyadan alınan “İqla” daşınan zenit-raket kompleksi ilə vurulduğunu əks etdirən videogörüntüləri yayıb.

Kadrlardan görünür ki, yüksək dağlıq ərazidə gedən döyüşlər zamanı kolluqda gizlənmiş PKK terrorçusu helikopterə “İqla”dan atəş açır, raketin hədəfə dəyməsi nəticəsində helikopter havada parçalanır.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *