Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
ABŞ Dövlət Departamentinin tərkibində anti-İran siyasətini aparmaq üçün xüsusi qrup yaradıb.
Publika.az xəbər verir ki, bu barədə dövlət katibi Mayk Pompeo deyib.
Onun sözlərinə görə, xüsusi qrupa Dövlət Departamentinin Siyasi Planlaşdırma İdarəsinin direktoru Brayn Huk rəhbərlik edəcək.
B. Huk həmçinin, ABŞ prezidenti Donald Trampın İran üzrə xüsusi təmsilçisi olacaq.
Huk ilk açıqlamasında İranı terrora dəstək verməkdə ittiham edib və “İran rejimi mövqeyini dəyişdirməlidir” deyə bildirib.
Ekspertlər bu xüsusi qrupun yaradılmasının ABŞ-ın İrana hücumunu tezləşdirə biləcəyini hesab edirlər. Versiyalara görə, Vaşinqton bu qrup üzərindən İrana qarşı məhvetmə siyasətini sürətləndirəcək.
Mənbə:> Publika.az