İran: “İŞİD bizə hücum edəcək”
İŞİD terror təşkilatı İrana qarşı hücum planlaşdırır.
Axar.az xəbər verir ki, bu sözləri İranın kəşfiyyat naziri Mahmud Ələvi deyib.
O, İŞİD-in İrana terrorçular göndərəcəyini bildirib:
“İŞİD terror təşkilatı İrana qarşı hücum planlaşdırır. Hücum planı Suriyanın Rakka şəhərində hazırlanıb və İrana xüsusi terrorçular göndəriləcək. Əgər İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparmasaydıq, bu gün qruplaşma İran daxilində aktiv fəaliyyət göstərərdi”.
Mənbə:> Axar.az