Nazir məzuniyyətini İranda keçirdiyi üçün qovuldu
Norveçin balıq təsərrüfatı naziri Per Sandberq hökuməti əvvəlcədən xəbərdar etmədən və təhlükəsizlik qaydalarını pozaraq məzuniyyətini İranda keçirdiyinə görə tutduğu vəzifədən istefa verib.
Oxu.Az xəbər verir ki, artıq onun xələfi də bəllidir – Xarald Tom Nesvik.
Bu ilin iyulunda Sandberq əslən İrandan olan 28 yaşlı norveçli rəfiqəsi ilə məzuniyyət günlərində İrana səfər edib. O, nazirlik və hökumətə İrana gəldikdən yalnız iki gün sonra xəbər verib.
Balıq təsərrüfatı nazirliyindən verilən açıqlmaya əsasən, nazir məzuniyyətini Türkiyədə keçirmək niyyətində olub.
Təhlükəsizlik tələblərinin daha bir pozuntusu isə nazirin özü ilə səfərə iş telefonunu aparması olub. Hazırda telefon yoxlanılmaq məqsədi ilə Dövlət Təhlükəsizlik polisinə verilib.
KİV nazirin iranlı rəfiqəsinə də böyük maraq göstərir. Belə ki, o, 2008-ci ildə Norveçdə sığınacaq alıb. Lakin İran səfirliyinin Norveçdə təşkil etdiyi tədbirlərdə iştirak edib və bu da onun İran hakimiyyəti ilə mümkün əlaqələrinin xarakteri haqqında suallar doğurur.
Mənbə:> Oxu.Az