Bəzi ərəb ölkələri Suriyanı parçalamağa 137 milyard dollar ayırıblar
Bir sıra ərəb ölkələri Suriyadakı qeyri-qanuni hərbi birləşmələrə 137 milyard dollar ayırıblar.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Suriya xarici işlər nazirinin müavini Faysal Mikdad deyib.
Onun sözlərinə görə, bu ölkələrin məqsədi Suriyanı dağıtmaq olub. O, Suriyanın xalqın qətiyyəti və Rusiyanın yardımı ilə ayaqda qaldığını bildirib.
Mənbə:> Virtualaz.org