Xamenei korrupsiyaya qurşanmış məmurları cəzalandırmağa çağırdı
İranın Ali rəhbəri Əli Xamenei ölkədəki iqtisadi müharibə ilə mübarizə aparmaq üçün “təcili və ədalətli” hüquqi addımlar atmağa çağırıb.
Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir.
Daha öncə İranın Məhkəmə hakimiyyətinin rəhbəri Sadiq Amuli Laricani Ali rəhbərə məktubla müraciət etmişdi. Məktubda bildirilirdi ki, “düşmənlər İran xalqına qarşı iqtisadi müharibəyə başlayıblar”.
O, qanun çərçivəsində “sərt və təcili tədbirlərin” görülməsi üçün icazə istəmişdi.
“Mən bu təkliflə razıyam. Məqsəd iqtisadi sahədə korrupsiyaya qurşanmış məmurları tez və ədalətlə cəzalandırmaqdadı. Zəhmət olmasa müvafiq məhkəmə qərarlarını məsləhıt verib”, - Xamenei deyib.
Mənbə:> Oxu.Az