Yəməndə məktəblilərin avtobusuna bomba atdılar – 50 ölü, 77 yaralı
Yəmənin şimalındakı Saada əyalətinin Dahyan rayonunda uşaqları daşıyan avtobusa havadan bomba atılıb.
Virtualaz.org Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına istinadən bildirir ki, hadisə nəticəsində 50 nəfər ölüb, daha 77 nəfər yaralanıb.
Hava hücumunun Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya tərəfindən təşkil olunduğu deyilir.
Koalisiyanın rəsmi nümayəndəsi öz növbəsində bildirib ki, zərbələr üsyançı husilərin obyektinə endirilib.
Mənbə:> Virtualaz.org