Yəməndə partlayış: 5 ölü, 10 yaralı
Yəmənin Marib şəhərində yas mərasimi zalında partlayış baş verib. İnsident nəticəsində 5 nəfər ölüb, azı 10 nəfər yaralanıb.
Aznews.info –un məlumatına görə, bu barədə APA “RİA Novosti” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, mərasimdə əldəqayırma partlayıcı qurğu işə salınıb. Partlayış hərbi komandirlərindən birinin dəfn mərasimində törədilib.
İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir.
Mənbə:> APA